|
Norm şirkəti müsabiqənin qaliblərini mükafatlandırdı

Norm Sementin 2018-ci il futbol üzrə Dünya Çempionatının oyunlarına həsr edilmiş müsabiqəsinin yekun hesabat tədbiri 23 iyul 2018-ci ildə, JW Marriott Abşeron otelində baş tutub.

Daim müştərilərinə diqqət və qayğısı ilə seçilən Norm şirkəti rəhbərliyinin qərarına əsasən qaliblərin iş qrafikləri ilə üst-üstə düşməməsi üçün tədbir axşam saatlarında keçirilib.

Hesabat tədbirinə qaliblərlə yanaşı, mətbuat işçiləri və 1 ay davam edən müsabiqə dövründə Norm Sementə və iştirakçılara yaxından dəstək olan İctimai Televiziya kanalının əməkdaşları da dəvət edilib. Şirkətin İctimaiyyətlə əlaqələrdən məsul əməkdaşının salamlama nitqi ilə tədbir açıq elan edilib, daha sonra iştirakçılara Norm Sement zavoduna dair informativ video təqdim edilib və təbrik üçün söz şirkətin Baş direktoru Henning Sasseyə verilib.

Futbol dünyasına aid müsabiqənin qaliblərini “Dünya Çempionatının qalibləri” adlandıran Sasse onları təbrik edib və xoş arzularını dilə gətirib.

Müsabiqə zamanı DÇ-nın qrup mərhələsində qalib olmuş 31 şəxs 300 azn dəyərində idman mağazasına kupon, 1/8 mərhələsinin 8 qalibi 500 azn dəyərində sağlamlıq və əyləncə mərkəzinə kupon, 1/4 mərhələsinin 4 qalibi 800 azn dəyərində elektronika mağazasına kupon, yarım final oyununun 2 qalibi və 3-cü yer uğrunda mübarizə oyununun 1 qalibi 1000 azn dəyərində səyahət kuponu, final oyununun qalibi isə 2000 azn dəyərində səyahət kuponu qazanıblar. Baş direktor tərəfindən təqdim edilən hədiyyələrin sahibləri öz çıxışlarında sevinc və təşəkkürlərini ifadə ediblər.

 

Tədbirdə həmçinin İTV-nin əməkdaşı, Bol Futbol verilişinin aparıcısı Sevinc Eminzadəyə söz verilib. Aparıcı öz çıxışında bənzəri olmayan bu layihə üçün Norm şirkətinə səmimi təşəkkürlərini bildirib və qaliblərə təbriklərini çatdırıb.

Sonda qaliblərlə xatirə şəkli çəkdirilib və tədbir iştirakçıları musiqi müşayiətində çay fasiləsinə dəvət edilib.

Müştəri yönümlü fəaliyyəti ilə seçilən Norm Sementin korporativ müştərilərlə yanaşı pərakəndə müştəriləri də hər zaman diqqət mərkəzindədir. Odur ki, şirkət sosial media istifadəçiləri üçün yenilikçi kampaniyalara davam edəcək, onlara dəyərli hədiyyələr qazanmaq imkanı yaradacaq.

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Norm Sement zavodunda hazırda 4 çeşiddə sement məhsulu istehsal edilir. İstehsal edilən CEM II/A-P 32,5R markalı KLASS A, CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500 və CEM II / A-P 42.5N markalı KLASS S (Sulfatadavamlı Portland sement) məhsulları qalaq və kisə şəklində satışa təqdim olunur.

Yüksək keyfiyyət normalarına və ən son texnologiyanın tələblərinə cavab verən Norm məhsulları beynəlxalq səviyyədə öz sahəsində nüfuz sahibi qurumlar tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Almaniyanın VDZ Elmi-tədqiqat İnstitutu tərəfindən CEM II/A-P 32,5R, CEM II/B-L 32,5R, CEM II/A-P 42,5 R və CEM II / A-P 42.5N markalı Norm məhsullarına DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.