| Xəbər 2229 dəfə oxunub
Dünyada ilk: Bu oteldə insan işləmir

Çinin Çendu şəhərində dünyada ilk dəfə tamamilə robotlaşdırılmış sistemlə personalı olmadan fəaliyyət göstərən otel açılıb.

Axar.az xəbər verir ki, bu barədə “Ekonimikal Tayms” yazıb.

Otelə yeni gələn qonaqları girişdə üztanıma sistemindən istifadə edən robot qarşılayır. Robot müştərilərə qeydiyyatdan keçməyə kömək edir və onları nömrələrinə qədər müşayiət edir.

Yemək, taksi sifarişi və ya paltarların yuyulması kimi əlavə xidmətlər də xüsusi mobil proqramın köməyi ilə robotlar vasitəsilə həyata keçirilir. Gözlənilməz hallar və ya sağlamlıqla problemlər qeydə alındıqda isə insanlarla əlaqə sistemi işə salınır.

Qeyd edək ki, 2018-ci ilin sonuna qədər daha 50 analoji otelin istifadəyə verilməsi gözlənilir.