| Xəbər 2298 dəfə oxunub
Barmaqlarını göstər, deyim sən kimsən

Üzük və işarə barmağınızın uzunluğu arasındakı fərqin xarakteriniz haqqında məlumat verdiyini bilirdinizmi?
Barmaqlarınızın xarakteriniz haqqında nələr dediyini öyrənmək üçün sol əlinizi düz şəkildə uzadın. Gördüyünüz A, B və ya C seçimlərindən hansına uyğun olduğunuzu tapın.




A qrupu - Bu qrupdakı insanların üzük barmağı işarə barmağından daha uzun olur. A qrupundasınızsa, insanları özünüzə cəlb etməyi sevirsiniz və ya başqasının sizi cəlb etmək istədiyini asanlıqla hiss edirsiniz. Özünüzə inamlı və çox diqqət çəkici insansınız. Risk almağı sevirsiniz. Bəzən bir az aqressiv olduğunuz deyilsə də, nə istədiyinizi bilən insansınız. 

B qrupu - Bu qrupdakı insanların işarə barmaqları üzük barmaqlarından daha uzun olur. B qrupudasınızsa, olduğunuz mühiti idarə etməyi sevən lider ruhlu insansınız. Sürətli hərəkət edir və digərlərinə yol göstərirsiniz. Həll yolları tapmağı sevirsiniz. 

C qrupu -  Bu insanların işarə barmağı ilə üzük barmağı eyni uzunluqda olur. C qrupundasınızsa,ünsiyyət qabiliyyətiniz çox yüksəkdir. İnsanlar sirlərini sizə asanlıqla aça bilir. Olduqca məntiqli insansınız.