|
Cennifer Lopes 49 yaşını belə qeyd etdi

Dünya ulduzu Cennifer Lopes 49 yaşını qeyd edib. 
Müğənni özəl gününü ailə üzvləri və dostları ilə birlikdə qeyd edib. 

CeyLo çimərlikdə keçirdiyi ad günündən fotoları sosial şəbəkədə yayıb. Şəkillərdə müğənni bikinidədir və sevgilisi Aleks Rodriges də yanındadır. 
Aleks də Cenniferi özəl günü münasibətiylə təbrik edib və bunları yazıb:

"Biz uşaq olanda, ad günləri hədiyyələrə görə maraqlı idi. Yarasa, hündürdaban ayaqqabı, disklər... Ümid edirəm ki, biz bir-birimizə xoşbəxtlik hədiyyə edəcəyik. İlin 365 gününü övladlarımıza həsr edəcəyik. Səni sevirəm".