|
Sabirabadda nasosxana, Bərdədə transformator yanıb

Sabirabadda nasosxana, Bərdədə transformator yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 84 kv.m olan taxta konstruksiyalardan ibarət nasosxana, içərisində quraşdırılmış su nasosu və elektrik kabelləri yanıb.

Yaxınlıqdakı digər nasosxana yanğından mühafizə olunub.

 

Bərdə rayonunun Qasımbəyli kəndində transformatorun yanar hissələri və ətrafda 10 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğın bölmələri tərəfindən söndürülüb.