|
“Liverpul” “Mançester Siti”yə qalib gələ bildi

ABŞ-da Beynəlxalq Çempionlar Kuboku çərçivəsində keçirilən görüşdə “Liverpul” digər ingilis klubu “Mançester Siti”yə qalib gəlib.

Trend-in məlumatına görə, matç 2:1 hesabı ilə “Liverpul”un xeyrinə başa çatıb. Matçda hesabı 57-ci dəqiqədə L.Sane açıb, lakin M.Salah 63-cü dəqiqədə tarazlığı bərpa edib. Artırılma dəqiqələrində təyin olunan penaltini dəqiq yerinə yetirən “Liverpul”un hücumçusu S.Mane komandasına qələbə qazandırıb.

 

Yoldaşlıq xarakteri daşıyan turnirdə "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Liverpul", "Tottenhem" və "Mançester Siti", "Real Madrid", "Atletiko" və "Barselona", "Roma" və "Milan", "Borussiya"," Lion " və "PSJ", eləcə də “Benfika" klubları çıxış edir.

Matçların əsas hissəsi ABŞ-da keçirilir. Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Oyunun əsas vaxtı heç-heçə ilə başa çatarsa, qalib penalti zərbələrində müəyyənləşdirilir. Qalib komanda iki xal, məğlub olan isə bir xal qazanır.