|
“Roma” yeni qapıçı aldı – rəsmi

“Kopenhagen”in qapıçısı Robin Olsenin “Roma”ya keçidi rəsmiləşib.

Qol.az-ın İtaliya klubunun saytına istinadən yaydığı xəbərə görə, İsveç millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

 


“Roma” bu transfer üçün Danimarka klubuna 8.5 milyon avro ödəyib.

Qeyd edək ki, 29 yaşlı qolkiper 2016-cı ildən "Kopenhagen"də çıxış edirdi.