|
Reyhanın bu günə qədər bilmədiyimiz MÖCÜZƏVİ FAYDALARI

Reyhan bitkisinin insan orqanizminə faydalarını saymaqla bitib-tükənməz.

Ölkə.Az xəbər verir ki, ürək xəstəliyi, nəfəsalma problemi kimi ciddi xəstəliklərin müalicəsində reyhanın təsiri çoxdur. Tərkibində antibakterial, anti oksidləyici kimi xüsusiyyətləri olan reyhanın qoxusu və dadı da xoşdur.

Reyhanın faydaları aşağıdakılardır:

- Həzmi asanlaşdırır;

 

- Mədə və bağırsaqdakı köpün və şişkinliyin azalmasına kömək edir;

- Mədə bulantısı və bağırsaq parazitlərini azaldır;

- Sinir sistemini yaxşılaşdırır, depresiyanı azaldır, sakitləşdiri və yuxuverici təsiri var;

- Miqren və yaddaş problemini azaldır;

- Dəriyə çox faydalıdır;

- İmmunitet sistemini gücləndirir;

- Bronxlara və ağ ciyərə faydalıdır;

- Tərkibindəki maddələr sayəsində xərçəngə qarşı qoruyur;

- Cinsi zəifliyi aradan qaldırır.

Reyhanı bişirmədən, təzə-tər yemək lazımdır. İfrata varmaq lazım deyil. Bir neçə kiçik yarpağı da öz təsirini göstərir. Xüsusən də ət və salatlarda çox istifadə edilir.