|
"Qarabağ" növbəti mərhələdə

Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Bakıda Sloveniyanın "Olimpiya" klubunu qəbul edib.

Trend-in məlumatına görə, səfərdə keçirdiyi ilk oyunda minimal hesabla qalib gələn Ağdam təmsilçisi Bakıda "Tofiq Bəhramov" stadionunda "Olimpiya" ilə heç-heçə edib. İki oyunun ümumi nəticəsinə görə, "Qarabağ" futbol klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

 

Qeyd edək ki, "Qarabağ"ın növbəti mərhələdə rəqibi Albaniyanın "Kukesi" komandası olacaq.