|
Bu ölkəyə getməyin! Güclü qasırğa gözlənilir

Rosturizm turistləri Filippinə səfər etməməyə çağırıb.

Trend-in məlumatına görə, buna səbəb orada iyulun 16-17-də meteoroloqların proqnozlaşdırdığı pis hava şəraitidir.

Proqnoza görə, Filippində güclü külək və yağışla müşayiət olunan qasırğa ehtimalı var.

Bununla yanaşı, iyulun 23-də Filippinin dövlət başçısının tapşırığına əsasən, ölkədə qatar və təyyarə reysləri təxirə salınıb.