|
Qarpızın bilinməyən faydaları

Qarpızın böyrəklər üçün olan faydası hamıya məlumdur.

Qarpız həqiqətən böyrəklər və sidik kisəsini yaxşı təmizləyir. Lakin bu nəhəng giləmeyvənin digər daha az bilinən faydaları da var.

Sağlamolun.az sizi bu faydalarla tanış edir:

1. Qarpız likopin maddəsi ilə zəngindir. Bu maddə ürək və damarların sağlamlığını qoruyur.

2. Qarpız əzələ ağrılarını azaldır. Məşqdən əvvəl qarpız şirəsini içsəniz əzələlərdə xoşagəlməz hisslər sizi daha az narahat edəcək.

3. Sübut olunub ki, qarpız və xüsusilə qarpız şirəsi və qarpız tumları kişi orqanizminə təbii viaqra kimi təsir edir - cinsi istəyi və potensiyanı artırır.

4. Hamilə qadınlarda əzələ ağrılarını, ürəkbulanması və mədə qıcqırmasını azaldır.

5. A vitamini ilə zəngin olduğundan görmə üçün çox faydalıdır.

6. Qarpızın tərkibində olan "arginin" adlı maddə təzyiqi salmağa kömək edir.

7. Qidalı liflər və pektinlə zəngin olan qarpız bağırsaqları yaxşı təmizləyir, bağırsaq mikroflorasını yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bağırsaq xərçənginin riskini azaldır.

8. Qarpız qaraciyər üçün də çox faydalıdır.