|
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib

Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək parada hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri iyunun 25-də Bakı şəhəri üzərində növbəti uçuşlar keçirib.

“Report”un məlumatına görə, hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən olub.

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.