|
Məşhur model etiraf etdi:

İngiltərəli aktrisa və model Kelli Bruk qatıldığı verilişlərdən birində maraqlı açıqlama verib.
Kelli 3 ildir birlikdə olduğu sevgilisi Ceremi Parisi ilə tanış olduqdan sonra kökəlməyə başladığını söyləyib:

“Cereminin anası və nənəsi gözəl yeməklər bişirirlər. Bir dəfə onlara qonaq getdim, süfrələrini görüb “Aman, Allah” dedim. Yeməyə makarondan başladım. Sonra da ardınca nələr yediyimi sadalamasam yaxşıdır. Onlarla tez-tez görüşürük və dadlı yeməklər yeyirik. Kökəlib şar kimi şişmişəm”.
Qeyd edək ki, 38 yaşlı model son zamanlar paylaşdığı fotolarda fotoşopdan istifadə etməsi ilə seçilirdi.