|
Yapon hökuməti Abe və Kim Çen In görüşünü Vladivostokda keçirməyi hədəfləyir

Yaponiya hökuməti baş nazir Şinzo Abenin və KXDR lideri Kim Çen In arasında görüşünün əsas variantı kimi bu il Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunun (EEF) toplantısını nəzərdən keçirir. Bu barədə cümə axşamı Kyodo agentliyi hökumət mənbələrinə istinadən məlumat verib.

 

Daha əvvəl Kyodo xəbər verirdi ki, Kim Çen In iyunun 12-si Sinqapurda baş tutmuş ABŞ prezidenti Donald Tramp ilə görüşü zamanı Abe ilə ikitərəfli danışıqların aparılması ehtimalı haqda açıqlama etdi.