|
Castin Selenanı ona dəyişdi
Müğənni Castin Biber 2 il öncə sevgili olduğu model Hayli Baldvinlə barışıb.
Cütlük ötən gün Mayamidə kilsəyə gedərkən görüntülənib. 
Əvvəlcə kilsəyə Castin, ardınca Hayli gəlib. Daha sonra məkanı birlikdə tərk edən ikili gecəni klublardan birində keçirib.

Xatırladaq ki, Biber bu ilin aprelində ifaçı Selena Qomezdən ayrılıb. Cütlük uzun ayrılıqdan sonra ötən ilin oktyabrında eşq yaşamağa başlamışdı.

Qeyd edək ki, Hayli aktyor Stefan Baldvinin qızıdır.