|
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gəlib.

Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlətimizin başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşıladılar.