|
Yaponiyada sürücünün qaz və əyləc pedallarını səhv salması 6 nəfərin yaralanması ilə nəticələndi

Yaponiyada avtomobil hərəkət zolağından kənara çıxaraq piyada keçidinin üstünə keçib, xəsarət alanlar var.

Trend-in məlumatına görə, hadisə paytaxt Tokionun ən qızğın rayonlarından biri - Sindzükuda baş verib.

 

Yerli vaxtla 08:40-da baş verən insident nəticəsində, yanğınsöndürən bölmələrin məlumatına əsasən, altı nəfər yaralanıb. Onlarda ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Polis əməkdaşları 52 yaşlı sürücünü saxlayıblar. Dindirmə zamanı o bildirib ki, qaz və əyləc pedallarını səhv salıb.