|
Ruslan Qurbanov rəsmən “Səbail”də

“Qəbələ”dən ayrılan Ruslan Qurbanovun “Səbail”ə keçidi rəsmiləşib.

Bu barədə Qol.az-a millimizin üzvü özü məlumat verib. O bildirib ki, bu gün “Səbail”lə 1 illik rəsmi müqavilə imzalayıb.

 

Qeyd edək ki, R. Qurbanov “Qəbələ”dən öncə Azərbaycanda “Neftçi” və “Sumqayıt” klublarının şərəfini qoruyub.