|
Dövlət büdcəsinə gömrük daxilolmaları əhəmiyyətli dərəcədə artıb

2018-ci ilin yanvar-may aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1,33 milyard manat köçürüb.

Trend bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.

 

May ayında büdcə daxilolmaları 298,05 milyon manat təşkil edib. Bunlardan 77,46 milyon manatı gömrük rüsumları, 201,95 milyon manatı ƏDV, 15,5 milyon manatı aksizlər, 3,15 milyon manatı yol vergisi təşkil edib.

2017-ci ilin may ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 34 faiz, ƏDV – 34,7 faiz, aksizlər 2,5 dəfə, yol vergisi 10,8 faiz çox olub.

Qeyd edək ki, 2018-ci il üzrə Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manatdır.