|
Qvatemalada vulkan püskürməsi nəticəsində 25 nəfər ölüb, yüzlərlə yaralı var

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində 25 nəfər ölüb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, təxminən 300 nəfər hadisə nəticəsində yaralanıb. Son məlumatlara görə, 653 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib, onlardan 378-i Eskuintl departamentində, 275-i isə Sakatepekesdə.

Budəfəki püskürmə son illər ərzində ən güclü püskürmə hesab olunur. Əmələ gələn tüstü 10 km hündürlüyə çatıb.

 

Ölkə hakimiyəti bir neçə yaşayış məntəqəsində qırmızı həyəcan səviyyəsi elan edib. Paytaxtın "Aurora" hava limanı fəaliyyətini dayandırıb.

Faciə ölkənin 16,6 milyon sakinindən təxminən 1,7 milyonuna təsir göstərib.