|
Qaçdığı xəbəri yayılan sabiq icra başçısı danışdı:

“Mən Azərbaycandan niyə qaçmalıyam? Jurnalistlərdir də ağillarına nə gəldi yazırlar.Amma bilsinlər ki, mən heç bir yerə qaçmamışam. Hazırda Goranboyda ata yurdumdayam. Kəndimizdə dincəlirəm”.

Bu sözləri Gununsesi.info – ya eksklüziv açıqlamasında bu günlərdə vəzifəsindən azad edilən Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərov ölkəni tərk etməsi barədə xəbərlərə münasibətində bildirib. Sabiq icra başçısı əlavə edib ki, ölkəni tərk etmək niyyəti yoxdur. “Azərbaycan Almaniyadan da yaxşı ölkədir. Öz ölkəmin başqa dövlətlərdən nəyi əskikdir? Hazırda ata evimdəyəm”.