|
Həşərat dişləməsinə qarşı məlhəmlər

Yay fəslində çox vaxt həşərat dişləmələrindən əziyyət çəkirik. İsti havada küçədə gəzərkən özümüzü hər zaman həşəratlardan qorumağa çalışırıq. 

Ev şəraitində hazırlanan bu məlhəmlər səni həşərat dişləməsindən və başqa xoşagəlməz hallardan xilas edəcək.

Arı sancması
Əgər bədəninin hansısa yerini arı sancıbsa, oranı soyuq su ilə təmiz yuyub, üstünə soda qatılmış su ilə kompress qoymaq lazımdır.

Meduza dişləməsi
Yaranın üstünə sirkə tök. Sirkə həm zəhəri öldürəcək, həm də ağrını aradan qaldıracaq.

İstidən səpmiş ayaqlar
Əgər yayda isti havada ayağınız səpibsə və ya həşəratlar bədənini dişləyibsə, sənə çay yağı kömək edəcək. Suya bir neçə damcı çay yağı töküb ayaqlarını vanna etsən, səpkilər yox olacaq. Əgər yaraların üstünə yağdan azca damcılatsan nə qızartı, nə də ağrı qalmayacaq.

Günəşdən yanma
Günəşdən zədələnmiş, yanmış dərini aloe geli ilə sağalt. O, ağrını aradan qaldırar, təzə dəri əmələ gəlməsini tezləşdirər.