|
Alişan arvadı ilə Bakıda

Türkiyəli müğənni Alişan Bakıya gəlib. 

Yeni evlənən sənətçi həyat yoldaşı Buse Varolu da özü ilə gətirib. 

Alişanın səfərinin məqsədi açılış mərasimlərindən birində iştirak etmək olub. İfaçı Bakıdan görüntülərini İnstaqram səhifəsində paylaşıb.  
Buse isə paylaşımlarında Azərbaycanın eks-nazirləri- Ziya Məmmədovun gəlini və Heydər Əsədovun qızı Fəridə Məmmədovanın sahibi olduğu moda evinə getdiyini və oradan paltarlar seçdiyini bildirib. Buse xına mərasimində də sözügedən məkanın işi olan libas geyinmişdi.