|
Azərbaycanın dövlət sərhədini pozan Türkiyə vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

DSX-dan Trend-ə verilən məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Cə­li­labad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olun­ub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” ko­man­dasına qal­dı­rılıb, hadisə yerində nəzarət iz zolağında İran İslam Respub­lika­sın­dan Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəx­sin ayaq izləri aşkar olunub.

 

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun təd­bir­ləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozu­cusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.