|
Əli Kərimli çevrəsinə növbəti dəfə “atıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilində ziddiyyətlər kəskinləşməyə başlayıb. Partiyanın 10 üzvünün son iki ildə mənbəyi bəlli olmayan 412 min ABŞ dollarının sədr Əli Kərimliyə çatdırılması prosesində yer aldıqları üçün  həbs edilmələrindən sonra ortaya növbəti ilginc faktlar çıxıb.

Etibarlı mənbələrdən qəzetimizə daxil olan məlumata görə, artıq AXCP daxilində Kərimliyə yönəlik etiraz dalğası başlayıb ki, o, bunun qarşısını ala bilmir. Mənbə bildirir ki, əksəriyyət AXCP liderindən böyük miqdardakı pul vəsaitinin hesabatını tələb edir. Məsələ ondadır ki, Əli Kərimli ayda təxminən 30 min dollar vəsaiti partiyadaşlarının da adı olduğu siyahı üzrə alsa da, onu təkbaşına mənimsəyib.

Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul “atmasının” ifşa olunmasıdır. Bununla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Xəbər ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Bizi bilgiləndirən bir cəbhəçinin dediklərindən: “Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!”

Əli Kərimli ile ilgili görsel sonucu

Təşkilatdakı mötəbər mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan ailəsinə yönləndirirmiş. Ana müxalifət adına  bir mənbədən -  Moskvadan daxil olan vəsait isə nə az, nə çox -  412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib. Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Mənbəmiz deyir ki, yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta  bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.

 İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəkir.

Eyni zamanda AXCP rəhbərinin çirkli pullarla bağlı açılan cinayət işində adının ön sırada keçdiyini, özünün də həbs təhlükəsinin böyüdüyünü görərək, bu təhlükəni başqa istiqamətlərə yönəltmək üçün hərəkətə keçdiyi, bunun üçün hər gün facebook səhifəsində statusları ard-arda paylaşdığı qeyd edilir.

Razi Nurullayev ile ilgili görsel sonucu

Gedən müzakirələrdə cəbhəçilərin ittihamları ilə üzləşən şəxslərdən biri də yeni AXCP-nin sədri Razi Nurullayevdir. AXCP-nin Ə.Kərimli qanadının bəzi tərəfdarları iddia edirlər ki, hazırda hüquqi qeydiyyatı olmayan partiyanın R.Nurullayev qanadının tanınması üçün belə bir kampaniya təşkil olunub.

Məsələyə mövqe sərgiləyən bir qisim sosial şəbəkə istifadəçiləri isə qeyd edir ki, Kərimliyə ölkə xaricindən pul vəsaitləri uzun illərdir gəlir. Bəziləri 2009-cu ilə qədər AXCP-nin əsas funksionerlərindən biri olan R.Nurullayevə qarşı da iddialar səsləndirirlər...

R.Nurullayev ittihamlara cavab olaraq bildirdi ki, “Yurd” təşkilatında olduğu zamanlar belə söz-söhbətlər yox idi:“Mənim əlimlə heç bir maliyyə alınmayıb, heç bir maliyyə də verilməyib. Bu işlərdən tam kənarda olmuşam. Dəfələrlə dediyim bu fikirlərimi bir daha israrla deyirəm. Orada təmsil olunduğum illərdə belə işlərdən xəbərsiz olmuşam. Xarici dairələrlə müxalifət arasında alış-verişin iştirakçısı heç vaxt ola bilməzdim, bundan sonra da bu mümkün deyil. Təbii ki, o vaxt mən də bilirdim  ki, heç bir partiya pulsuz yaşamır, partiyaya pullar gəlir. Mən AXCP adına iddia etmişəm, bu gün də iddia edirəm və düşünürəm ki, əsl AXCP-ni biz təmsil edirik, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın adı ”Yurd"dur. Ünvanıma ittiham səsləndirənlər də yurdçulardır. Əsl cəbhəçi olan Elçibəyçilər belə fikirlər səsləndirmirlər. Bu gün AXCP-nin adının verilməsi üçün məhkəmələr süründürülür, hazırda da belədir. Fikir versəniz, onların yalanları üzə çıxar. Bu qədər riyakar olmaq lazım deyil. Hökumət mediası Əli Kərimlini AXCP kimi təqdim edir. İttiham aktında da onlar AXCP-çilər kimi gedir. 2015-ci ildən bu günə qədər olmayan adların hamısını AXCP sözünün ətrafına qoyub, adımla hallandırırlar. Riyakarlığın haradan doğduğunu hər kəs görür, qeyri-səmimiliyin haradan doğduğu da görünür, kimin kimlərə yaxın olduğu, kimin əli ilə işlədiyi, kimin kimlərin vasitəsilə hansı işlər qurduğu, dəstək aldığı artıq sirr deyil. Hansı şəxsin hər zaman gündəmdə qaldığı, məqsədli şəkildə gündəmdə saxlanıldığını hər kəs görür. 412 min ABŞ dolları ittihamı hakimiyyətin dediyinə görə faktdır, əllərində sənədlər var. “Yurd” sədri də bəzi məqamlarda belə şeylərin olduğunu təsdiqlədi, həbs olunan şəxslərdən 5 min manat aldığını etiraf etdi.  Bu baxımdan ittihamların real olduğu görünür. Hər şeyi istintaq, məhkəmə göstərəcək. Amma sanki gizli əllər Əli Kərimlini qoruyur, Azərbaycan xalqına müxalifət lideri kimi təqdim edir. Bu riyakarlığa da aydınlıq gətirilməlidir".

R.Nurullayev Kərimlinin 412 min ABŞ dollarını nələrə sərf etdiyi barədə məlumatsız olduğunu söylədi: “Bu məbləğin müxtəlif vaxtlardamı, yaxud bir dəfəyəmi alınması barədə nəsə deyə bilmərəm. Alıb nəyə xərclədiyini özləri bilirlər”.

“Yeni Müsavat”