|
Qurban Qurbanovdan Ozobiç açıqlaması -

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yerli klublardakı bəzi futbolçularla maraqlandıqlarını təsdiqləyib.

Qol.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis “Qəbələ”dən Filip Ozobiç, "Sumqayıt"dan Cavid İmamverdiyev, "Səbail"dən isə Rahil Məmmədovun transfer siyahısında olduğunu açıqlasa da, bu transferlərin baş tutacağını indidən deməyin tez olduğunu vurğulayıb:

 

“Belə söz-söhbətlər harada gəzir? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar transfer siyahımızda var. Sadəcə, bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımızda saxlayırıq”