|
İmicini dəyişən aktrisa bəyənilmədi -
“Siyah beyaz aşk” serialının baş rol ifaçısı, aktrisa Birce Akalay imicini dəyişib.
Ekran işi final edən kimi Birce saçlarını qısa kəsdirib. 
Uzun müddətdir tamaşaçıların görməyə alışdığı uzun saçlı aktrisanın belə bir addım atması bəyənilməyib. Şəkilləri sosial şəbəkədə yayılan Akalay üçün "Axı, niyə?", "İnsan niyə bu qədər özü-özünü eybəcərləşdirir, başa düşmürəm" kimi şərhlər yazılıb.

Qeyd edək ki, “Siyah beyaz aşk”da Bircenin tərəf müqabili aktyor İbrahim Çelikkol olub.