|
Bakıda avtomobil orta yaşlı kişini vurub

Bakının Sabunçu rayonunda baş verən yol qəzası zamanı bir nəfər ağır yaralanıb.

"Report" xəbər verir ki, Balaxanı qəsəbəsində yolu keçmək istəyən 50 yaşlı Yusifov Şaiq Yusif oğlunu minik avtomobili vurub.

Hadisəni törədən sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.