|
Ərəbləşən Bakı küçələri - Millət vəkilindən icra hakimiyyətlərinə çağırış etdi

Space Tv-nin efirində yayımlanan "Olar? Olmaz!" verilişində bu dəfə ana dilimizə qarşı olan hörmətsizlikdən danışılıb. Teleaparıcı Amil Xəlil şəhərdə fəaliyyət göstərən bir neçə restaranlara üz tutub. Görüntülərdəndə gördüyünüz kimi restaranların önündə Azərbaycan yox ərəb musiqiləri səslənir. Bundan başqa menu kitabçaları da ana dilimizdə yox  ərəb dilində qonaqlara təqdim edilir.  Reklam tabloları belə Azərbaycan dilində yox ərəb dilində sərgilənir. Məsələ haqqında danışan teleaparıcı daha sonra millət vəkili Aydın Mirzəzadə ilə görüşüb. Millət vəkili  Aydın Mirzəzadə də Amil Xəlil ilə tam razı olduğunu qeyd edib. "Bu qanuna ziddir. Bütün yazılar ancaq Azərbaycan dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Daha sonra digər dillər qeyd edilməlidir. "

Qeyd edək ki, veriliş həftə içi içi hər gün (artıq şənbə günü də yayımlanacaq) saat 19:50 də Space Tv də Amil Xəlilin təqdimatında yayımlanır...


https://www.youtube.com/watch?v=PRwjAUpqNLk