|
2 həftə əvvəl ərə gedən aparıcı ana olacaq

İki həftə əvvəl Nyu-Yorkda iş adamı Berk Suyabatmazla nikaha masasına oturan məşhur aparıcı Burcu Esmersoy ana olmağa hazırlaşır.

Bu barədə Burcu özü jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

O, “Çox yaxında ana olacağam. İçimdən bir səs əkizlərimin olacağını söyləyir” deyib. 

Qeyd edək ki, Esmersoy 2006-2008-ci illərdə italyan Massimo Cusimano ilə ailəli olub. O, 2013-2014-cü illərdə isə Sami Kiresepi ilə nişanlı olub. Nişanı qayıdan aparıcı “Evlilik dəftərini bağladım” desə də, sonradan ana olmaq istədiyini dilə gətirmiş və ötən ilin yayından tanış olduğu Berklə bu ilim mayın 15-də evlənmişdi.