| Xəbər 1894 dəfə oxunub
Yayda günəş ləkələri və yanıqlarından necə qorunmalı?

Yazın bitməyinə sayılı günlər qalıb. Qarşıda yay fəsli gəlir və bu da o deməkdir ki, günəş ləkələri və yanıqlarından qorunmaq lazımdır.

 

Axşam.az xarici mediaya istinadən günəş ləkələri və yanıqlarından qorunmağın bəzi yollarını təqdim edir:

1. Yayda çantanızda həmişə günəş kremi gəzdirin.



2. Günəş şüalarının 90 faizi buludlardan keçir. Ona görə də buludlu havalarda da günəş kremindən istifadə etməyiniz məsləhətdir.



3. Həftədə 2-3 dəfə 10-15 dəqiqə sadəcə əlinizin üstünə belə günəş şüası düşsə, lazımi D vitaminini qəbul etmiş olursunuz. Ona görə günəş şüasının altında çox qalmayın. 



4. Ötən ildən qalan kremlərdən istifadə etməyin. Çünki günəş kremlərinin ömrü cəmi bir ildir. Vaxtı keçdikdən sonra onun təsiri olmur.



5. Əgər çox tərləyirsinizsə, suya dözümlü kremlərdən istifadə etməniz məsləhətdir.



6. Günəş kremi seçdikdən ən azı 20 dəqiqə sonra çölə çıxın.