|
Kubada qəzaya uğrayan təyyarədə ölənlərin 50-nin kimliyi müəyyənləşib

Kuba hakimiyyəti təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların kimliyinin müəyyən edilməsi üzrə üzrə işləri davam etdirir.

Trend-in məlumatına görə, təyyarə qəzasında həlak olan 111 nəfərdən 50-nin kimliyi artıq müəyyən edilib.

 

Qeyd edək ki, mayın 21-i Kubada "Cubana de Aviacion" aviaşirkətinin "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 111 nəfər həlak olub.