|
Kənan gizlətmək istəsə də, mümkün olmadı

Aktyor Kənan İmirzalıoğlu yenə hərəkəti ilə nə qədər səxavətli olduğunu nümayiş etdirib.

Aktyor Ankarada Ramazanın son həftəsində 7 ayrı-ayrı əyalətdə iftar vermək fikrindədir.

Artıq bununla bağlı hazırlıq işləri görən Kənan həmin əyalətlərdə çadır qurduracaq. İmirzalıoğlu bunu gizli saxlamağa çalışsa da, amma əyalət camaatı xəbəri yayıb.

Qeyd edək ki, bu, Kənanın ilk xeyriyyə əməli deyil. O, ötən il "Qurban bayramı"nda gizlicə qoyun kəsdirərək kasıblara paylayıb. Bundan başqa, bu il "Analar günü"ndə həayt yoldaşı Sinem Koballa birgə bazarlıq edərək üçəmi olan bir kasıb ailəyə baş çəkib.