|
Sərnişin təyyarəsi Cidda şəhərində məcburi eniş edib

Mədinədən Banqladeş paytaxtı - Dəkkəyə uçan təyyarə Cidda şəhərində məcburi eniş edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb təyyarənin qabaq şassisinin işində nasazlıq olub. Şassini bir neçə dəfə açmağa cəhd edən pilot sonda enmək qərrına gəlib.

 

Eniş uğurla yerinə yetirilib, bütün sərnişinlər gözləmə zalına çatdırılıb.