|
Ağıl həm yaşdadır, həm başda...

Sosial qayğılı insanların əsasən yüksək zəka səviyyəsinə malik olduğunu bilirdiniz? “Yeni Müsavat” alimlərin yeni araşdırmasını təqdim edir. Bu araşdırma ağıllı olmağın mənfi və müsbət tərəfləri barədə bilinməyənləri üzə çıxarıb.

Yüksək zəka səviyyələrinə sahib insanlarda bəzi yönlərdən sosial qəribəlikərə daha tez-tez rast gəlmək mümkündür. Bunun səbəbi də bu insanların dünyanı digərlərindən tamamən fərqli bir səviyyədə görməsindən qaynaqlanır. Eyni səbəbdən dolayı ağıllı insanlar görünüşdə normal, amma bəzi durumlarda inanılmaz səviyyədə narahat vəziyyətə gələ bilirlər. Bunun səbəbi onların partilər və ya sosial tədbirlərdə necə hərəkət etməli olduqlarını bilməmələri deyil. Zehinlərinin daim çalışması və bu səbəblə də ətraflarındakı hər cür şeyin onları inanılmaz səviyyədə narahat etməsi. Alimlərə görə, super ağıllı olmağın eyni anda bir nemət və bir lənət olmasının səbəbləri aşağıdakılardır.

Son dərəcədə uyğundurlar

Bəzi alimlər ağıllı adamların çox rahat olduqlarını və fərqli atmosferlərdə özlərini göstərə bildiklərini deyir. Son zamanlarda həyata keçirilən psixoloji araşdrmalar da bu fikri dəstəkləyir. Belə ki, ağıl insanın çevrəsini daha təsirli bir şəkildə idarə etməsi üçün davranışlarını və içində olduğu atmosferi dəyişdirə bilməsinə əsaslanır.

Hadisələri hədsiz dərəcədə analiz edirlər

Yaşadıqları dialoqlar və sistemli həyat hadisələrinin hamısında daha dərin mənalar axtarırlar. Bu, onların öz düşüncələri içində itməsinə və qarşıdakı ilə ünsiyyəti itirməsinə səbəb ola bilir. Ağıllı insanlar əsasən böyük danışıqlar ilə özləri arasına böyük məsafə qoyur və ünsiyyətdə aktiv olmaq yerinə, xarici müşahidəçi olmağı tərcih edirlər.

“Bilmirəm” deməkdən qorxmurlar

Ağıllı insanlar bəlli bir konseptə bağlı olmadıqları zaman bu durumu qəbul edirlər və “bilmirəm” deməkdən qorxmurlar. Çünki bilmirlərsə, öyrənə bilirlər. Justin Kruger və David Dunning tərəfindən həyata keçirilmiş klassik bir təcrübə insanın ağlı azaldıqca, bəzi elmi bacarıqlarını, qabiliyyətlərini gözündə böyütdüyünü göstərib.

Doymaq bilməyən bir maraqları var

Albert Eynşteyn belə deyib: “Özəl qabiliyyətlərim yoxdur. Sadəcə, ehtiraslı bir şəkildə hər şeylə maraqlanıram”. Ağıllı insanlar özlərinə digərlərinin xəfifə aldıqları şeylər qarşısında heyran olmağa icazə verirlər. 2016-cı ildə yayımlanan bir araşdırmaya görə, uşaqlıqdakı ağılla yaşlılıqdakı təcrübələrə açıq olmaq arasında münasibət olduğu görülüb.

Pis niyyətlərin fərqindədilər

Ağıllı insanlar əsasən başqaları tərəfindən həyata keçirilən və deyilən hər şeyi həddən artıq analiz edirlər. Yəni, biri həddən artıq səxavətli davrandığı zaman sosial qayğılı insan onun nədən bu qədər xoş davrandığı ilə maraqlanacaq. Bu vəziyyət insanların gerçək niyyətlərindən müstəqil, bir etibarsızlığa yol açar. Bu təmkinli davranış qayğılı insanı pis niyyətlərdən qoruduğu qədər bəzən gerçəklərdən uzaqlaşmasına da səbəb olur.

Açıq fikirlidilər

Ağıllı insanlar özlərini yeni fikirlərə, ya da fürsətlərə qarşı bağlamırlar. Digər insanların baxışlarını dəyər və geniş fikirliliklə qəbul etməyə, düşünməyə istəklidilər. Və daim alternativ çıxış yollarına açıqdılar. Psixoloqlar açıq fikirli insanların - alternativ baxış bucaqları axtaran və sübutları ədalətli bir şəkildə hesablayanların zəka testlərində daha yüksək hesablar əldə etməyə yaxın olduqlarını deyirlər.

Təkbaşına olmaqdan xoşları gəlir

Yüksək dərəcədə ağıllı insanlar təkbaşına qalmağa daha meyllidirlər. İlginc bir şəkildə son dönəmdə həyata keçirilən araşdırmalar ağıllı insanların bir çox insanla müqayisədə dostları ilə sosiallaşmaqda daha az xoşlandığını ortaya qoymaqdadır.

Çox komikdilər

Yüksək dərəcədə ağıllı insanların yumor hissi də güclü olur. Elm adamları da bu nəticəyə qatılırlar. Həyata keçirilən bir araşdırmada daha komik karikatura yazıları yazan insanların yazılı zəka testlərində daha yüksək xal qazandıqları ortaya çıxıb. Bir başqa araşdırmada isə professional komediyaçıların yazılı zəka testlərində ortalamadan daha yüksək nəticələr əldə etdiyi üzə çıxıb.

Digər insanların təcrübələrinə qarşı daha həssasdılar

Ağıllı insanlar bir başqa insanın düşündüklərini və ya hiss etdiklərini şəxsən özü hiss etmiş kimi olur. Bəzi psixoloqlar empati hissinin digərlərinin ehtiyaclarına və duyğularına qarşı daim hazır vəziyyətdə olmağın və bu ehtiyaclara həssas şəkildə yaxınlaşacaq şəkildə davranmağın, emosional zəkanın başlıca elementlərindən olduğunu düşünür. Emosional baxımdan ağıllı insanlar tipik olaraq yeni insanlarla danışmağa və onlar haqqında yeni şeylər öyrənməyə olduqca meyllidilər.

Yüksək müşahidə zəkası

Yüksək zəka sahibi insanların çoxu digər fərdlərə görə ətraflarındakı dünya ilə daha artıq uyum içərisindədilər. Hər cür təhdidə qarşı həddən artıq həssas olduqları üçün rahat davranmaları bir qədər çətinləşir. Ani yüksək səslər belə panikaya düşmələrinə səbəb ola bilir. O qədər sürətlidilər ki, ətraflarındakı insanlar eşitdikləri səsi anlamağa çalışanda sürətli düşünən bu insanlar çoxsan “ya bir silah, ya da bomba olsaydı” düşüncəsinə girmiş olurlar.

Keçmiş təcrübədən faydalanırlar

Məntiqli insanlar olaraq, ağıllı fərdlər gələcəkdəki nəticələri təxmin etmək üçün keçmiş təcrübələrindən istifadə edirlər. Bu, yüksək səviyyədə sosial anksiyetəyə yol aça bilər. Sosial qayğılı insanlar keçmişdə özlərini nəyə görəsə günahkar hiss edən və ya uğursuz olan insanlara qarşı qoruyurlar. Mümkün nəticələri yoxlayarkən ən pis ssenariləri beyinlərində qururlar və bunu etmələri vəzifələrini tamamlamalarını çətinləşdirir.

Özlərini xoşbəxt hiss etmirlər

“The Atlantic”in jurnalisti Co Pinsker Ostin Universitetinin (Texas ştatı) professoru Racem Raqhunatanla onun “Əgər sən belə ağıllısansa, niyə xoşbəxt deyilsən?” kitabı haqqında danışıb. Alim əmindir ki, bir çox insanlar dünyaya köhnə baxışı dəstəklədiyi üçün və hər gün istədiyi ilə məşğul olmaq əvəzinə yaşamaq uğrunda mübarizə apardığı üçün xoşbəxt deyillər.

“Elmdə insan xoşbəxtliyinin asılı olduğu üç faktor var: mənalı münasibətlərin olması, professional uğur və müstəqil qərar vermək imkanının olması. Lakin xoşbəxtliyin təbiətinin araşdırılması daha az aydın olanı göstərir: yaxşı təhsil, material firavanlıq və uğur insan xoşbəxtliyini təmin etmir. Əksinə belə vəziyyətdə olan insan həyatdan daha az məmnun olur.

Ostin Universitetinin professoru Rac Raqhunatan bu paradoksu özünün “Əgər ağıllısansa, niyə xoşbəxt deyilsən?” adı kitabında əsaslandırmaq istəyir. Mən onunla kitab haqqında söhbət etdim" - Pinsker yazır.

“Mən məsləhət görürəm ki, siz hansı sahədə daha uğurlusunuzsa və sizə həzz verirsə, ona daha çox diqqət ayırın. Sizin digərləri ilə müqayisə etməyə ehtiyacınız qalmayanda sizi məmnun edəcək istiqamətə yönlənəcəksiniz və əgər siz kifayət qədər uzun müddət diqqətinizi buna ayırsanız ən yaxşı olmaq şansınız artır. Siz digərlərindən daha üstün olmağa cəhd etsəniz böyük ehtimalla güc, pul və digərləri onun ardınca gələcək.

Üç əsas ehtiyaca - kamillik, tanınma və müstəqilliyə dördüncünü əlavə etmək olar. Bu, özünün dünyaya baxışının formalaşmasıdır. Bunu iki üsulla izah etmək olar. Birinci digər insanların məğlubiyyəti nəticəsində qazanılan qələbələrə baxmaqdır. O, özündən asılı olmayaraq özünü digərləri ilə müqayisəyə gətirib çıxarır. Digəri ondan ibarətdir ki, hamı bunlara nail ola bilər", - Raqhunatan deyir.

Zeka ile ilgili görsel sonucu

Raqhunatanın fikrincə, izah olunanlardan birincinin təzahürü müharibə şəraitində olur, bu zaman həddindən artıq aclıq və yaşamaq uğrunda mübarizə daha şiddətli olur. Onun sözlərinə görə, uzun müddət insanlar belə paradiqmada yaşayıblar və buna görə də insan hər şeyə belə yanaşır. Alim hesab edir ki, bu artıq aradan qalxıb və indi az sayda insan sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparmalı olur.

“Bir tərəfdən bizim neqativ faktorlara meylliliyimiz var. Eyni zamanda biz xoşbəxtlik və inkişafa çalışırıq, mümkün qədər daha yaxşı olmağa çalışırıq. Bəzən bizə xoşbəxtlik üçün istədiyimiz sadə şeyləri etmək bəs edir. Uşaqların davranışına baxsaq onlarda bu çox yaxşı alınır. Onlar özlərinə zövq verən işlərlə məşğul olurlar”.

Alim deyir ki, işçilərin motivasiyası üçün metodik olaraq “Motivasiya 2.0" gəldi. Bu yanaşmanın əsasında insanların əslində nəyi xoşlaması dayanır. Bu praktikanın reallaşması üçün Google korporativ mədəniyyətini nümunə kimi göstərir.

“Güman edirəm ki, bizi biznesin işləməsi haqqında olan çoxlu sayda köhnəlmiş fikirlər istiqamətləndirir. Saymin Saynek öz kitablarının birində qeyd edib ki, şirkətlər onlara hərbçilərdən qalan ciddi iyerarxiya və resurs çatışmazlığına istiqamətlənən qaydalarla işləyir. Amma ən görkəmli hərbçilərə nəzər yetirsək, onların başqa formada hərəkət etdiklərini görərik. Beləliklə biznes dünya quruluşu haqqında səhv ideya dəstini götürdü”.

Raqhunatanın fikrincə, insanlar onların böyük uğur qazanacağı təqdirdə xoşbəxt olacaqları qənaətindədirlər. Lakin təcrübə bunun belə olmadığını göstərir.

“Xoşbəxtliyi konkret nəticə ilə bağlamağın vacib olmamasının səbəbi ondadır ki, nəticələr yaxşı və ya pis olur və xoşbəxtliyə birbaşa heç bir təsir göstərmir. Əgər siz ilk sevginizlə vidalaşmanızı, qolun sınmasını və ya bir neçə aylıq xəstəxanada yatmanızı xatırlasanız o zaman belə fikirləşə bilərdiniz: ”Mən heç vaxt bərpa olunmayacam". Lakin faktiki olaraq biz belə hadisələrlə tez-tez rastlaşırıq və bundan da ağır hadisələrin öhdəsindən gəlirik" - Raqhunatan deyir. Bundan başqa alim deyir ki, belə hadisələr yeniliklərə öyrəşməyi və şəxsiyyət kimi formalaşmağa imkan verir.

Ağıllı insanın dostu olmur

“British Journal” üçün tədqiqat həyata keçirən psixoloqlar (Normal Li və Satosi Kanadzava) aşkar ediblər ki, ağıllı insanlar hər zaman ünsiyyətdən məyus olurlar. Xəbərə görə, 18-28 yaşlı insanlar üzərində aparılan uzunmüddətli araşdırmalar bu nəticəyə gətirib ki, onların sosial dairəsi kifayət qədər genişdir.

“Onlar başqaları ilə ünsiyyətdə olarkən özlərini çox xoşbəxt hiss edir, vaxtlarının necə gəlib keçdiyini bilmirlər. Çünki bu yaşda olanlar ətrafda baş verənlərə çox vaxt ciddi yanaşmır, başqalarının hərəkətlərinə dərindən fikir vermirlər. Onlar üçün əsas olan ünsiyyətdir, qalanların isə elə də əhəmiyyəti yoxdur”, - araşdırmanın nəticəsində belə qənaətə gəlinib.

Amma tədqiqatlar göstərib ki, intellektual insanlar dostluq münasibətlərindən o qədər də həzz almırlar: “Çünki ağıllı insanların həmişə həyatdan müəyyən narazılıqları olur. Onların yanaşması belədir ki, ətrafdakı bütün neqativ halları düşüncəsi, ağlı olmayan insanlar yaradırlar. Əgər ağıllılar belə çoxdursa, onda niyə ətrafda bu qədər neqativlər var?!”

Mövcud nəzəriyyəyə görə, bunun əsas səbəbi odur ki, ağıllı insanlar uzunmüddətli layihələr barədə daha çox düşünür, diqqətlərini onlara yönəldir və ətrafla ünsiyyət onların diqqətini əsas hədəflərindən yayındırır: “Onlar ağıllı bir şey əldə edə bilməyəcəkləri ünsiyyətə vaxt itkisi kimi baxır və onu axmaqlıq hesab edirlər”.

Britaniyalı psixoloqların gəldiyi nəticəyə görə, ağıllı adamların ünsiyyət üçün kifayət qədər vaxtları yoxdur: “Daha yaxşı həyata daha sürətlə adaptasiya etmək üçün lazımsız ünsiyyətə vaxt sərf etmək əbəsdir. Bəlkə də az dostla və məhdud dairədə vaxt keçirmək daha yaxşıdır. Ağıllı adamların ən yaxşı dostları onların ideya və düşüncələridir. Onlar, adətən fikirlərini ideyalarının gerçəkləşməsinə konsentrə edirlər və onlara elə gəlir ki, əgər başqaları ilə ünsiyyətə vaxt sərf etsələr, hər şey alt-üst olacaq, ideyaların sistemliliyi pozulacaq”.