|
De Xea "Qızıl əlcək" mükafatını qazandı

“Mançester Yunayted”in qapıçısı David De Xea “Qızıl əlcək” mükafatına layiq görülüb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan qolkiper Premyer Liqanın 31-ci turundan təxirə salınmış "Vest Hem"lə matçda (0:0) qapısını toxunulmaz saxlayıb.

 

 Bununla da o, çempionatda  “quru” oyunlarının 18-ə çatdırıb. Sonuncu turda heç bir qapıçı de Xeanı keçə bilməyəcəyi üçün o, "Qızıl əlcək" mükafatının sahibi olub.