|
Çində 118 uşağı övladlığa götürən qadın həbs olundu

Çinin Xebey əyalətinin Uan şəhərinin höküməti 118 uşağı övladlığa götürən qadını həbs edib.

Trend-in məlumatına görə, uşaqları övladlığa götürən qadının milyonlar hesabına tikdirdiyi şəxsi evi də əlindən alınıb.

1996-cı ildən uşaq övladlığa götürməyə başlayan Li Litszyanın bunun vasitəsilə yerli məmurları hədə-qorxu və şantaj etdiyi bildirilir.

Qadın milyonlarla dolların mənimsənilməsində ittiham edilir.