|
Şokoladın gözlənilməz faydası aşkarlandı

Amerikalı alimlər gündəlik olaraq kiçik dozalarda qara şokoladın qəbulunun görmə qabiliyyətini yaxşılaşdırdığını müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu haqda məqalə “MedicalXpress” nəşrində dərc olunub.

Burada başlıca rolu flavonol adlandırılan orqanik birləşmələr oynayır.

Tədqiqatda orta yaşı 26 olan 30 nəfər iştirak edib. Onlar iki qrupa bölünüb.

Birinci qrupdan olan könüllülərə  42 qram 72 faizlik şokolad, digər qrupun üzvlərinə eyni çəkidə olan, ancaq düyü südündən hazırlanmış dördbucaq şokolad verilib.

İki saatdan sonra sınaqda iştirak edən bütün könüllülər göz müayinəsindən keçirilib. Məlum olub ki, südlü şokoladla müqayisədə qara şokolad sınaq iştirakçılarının görmə itiliyini əhəmiyyətli dərəcədə artırı.

Alimlər bunu onunla izah edir ki, qara şokoladın tərkibində olan flavonollar göz toruna və ya beynin görməyə cavab verən hissəsinə qan axınını gücləndirir.