| Xəbər 1608 dəfə oxunub
Tuxel PSJ rəhbərliyinin qarşısına şərt qoydu

PSJ-nin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Tomas Tuxel Paris klubunun qarşısına şərt qoyub.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, alman mütəxəssis komandanın sükanı arxasına keçəcəyi halda rəhbərlikdən 3 futbolçunun alınmasını tələb edib. Təcrübəli çalışdırcının sərəncamında görmək istədiyi oyunçular Dortmund “Borussiya”sından Ömər Toprak, “Auqsburq”dan Filipp Maka və “Şalke”dən Maksimilian Mayerdir.

 


Qeyd edək ki, mövsümün sonunda Unay Emeri ilə yollarını ayırmağa hazırlaşan PSJ-ni Tuxelin çalışdıracağı gözlənilir