| Xəbər 2591 dəfə oxunub
Xalq Artisti Mübariz Tağıyevin 70 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib

Aprelin 25-də Heydər Əliyev Sarayında Xalq Artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş geniş konsert proqramı təqdim olunub.

Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə təşkilatçılığı ilə reallaşan konsertdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə Xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, sevilən müğənnilər Cavan Zeynallı, Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, Ülkər Əliyeva, Çingiz Mustafayev, Cahangir Qurbanov, Musa Abdullayev və “Qaya”, “Rast” qrupları, “Sevil” ansamblı, Estrada-simfonik orkestri-bədii rəhbər Salman Qəmbərov, “Cəngi” qrupu, habelə “Savab” qrupu, Zabitlər Evinin xoru və “Bakılı oğlanlar” komandası çıxış edib.

Bir-birindən parlaq ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.