| Xəbər 1924 dəfə oxunub
Madonna alt paltarını satışa çıxaran köməkçisinə uduzdu

Amerikalı pop ulduz Madonna şəxsi əşyalarını satışa çıxaran köməkçisi ilə olan məhkəməsini uduzub. 
İfaçının köməkçisi Darlene Lutz onun 90-cı illərdə eşq yaşadığı Tupakla ayrılıq məktubunu, daraq üzərində qalan saçlarını və alt paltarlarından birini satışa çıxarmışdı. Madonna 2003-ci ildən işləmədiyi Lutzu bu hərəkətinə görə məhkəməyə vermişdi. 

Lakin məhkəmə Madonnanın artıq həmin əşyalar üzərində sahiblik hüququnun qalmadığını bildirərək müğənninin iddiasını təmin etməyib.