|
Rusiyanın Ermənistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Rusiyanın Ermənistandakı səfirliyi İrəvanda davam edən etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend-in məlumatına görə, səfirlik əməkdaşlarına bu gün səfirlik ərazisindən çıxmamaq tövsiyə olunub.

Bundan başqa, diplomatik missiyaya giriş-çıxışlar da məhdudlaşdırılıb.

Xatırladaq ki, bir müddət Rusiya XİN Ermənistandakı vətəndaşlarına kütləvi yerlərdən uzaq durmağı tövsiyə etmişdi.