| Xəbər 7582 dəfə oxunub
Azərbaycanda Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası yaradılır

Azərbaycanda Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası yaradılır.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib.

 

O deyib ki, regional assosiasiyanın yaradılması Azərbaycanı regionun maliyyə mərkəzinə çevrilməsi istiqamətində növbəti addımdır.

İ.Alışov qeyd edib ki, Azərbaycan hər zaman neft sektoru ilə tanınıb, lakin dövlət başçısı İlham Əliyevin rəhbərliyi ölkədə qeyri-neft sektoru da fəal şəkildə inkişaf etməyə başlayıb.