| Xəbər 1478 dəfə oxunub
Şevçoviç: Rəqabət Avropa İttifaqının qaz bazarının inkişafının aspektlərindən biri olmalıdır

Avropa İttifaqının qaz bazarının inkişafının aspektlərindən biri rəqabət olmalıdır.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevçoviç "Tvitter" sosial şəbəkəsində bildirib.

"Avropa qaz bazarınıngələcəyi: təhlükəzislik, infrastruktur, rəqabət", deyə vitse-prezidenti bildirib.

Brüsseldə 4-cü Avropa İttifaqı (Aİ) Enerji Sammitində Avropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete bildirib ki, Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır.

 

Hal-hazırda Aİ müəyyən dərəcədə qaz idxalından asılıdır, özü də bu asılılıq yalnız artacaq: hazırki 70%-dən 2040-cı il üçün 83%-ə çataçaq.

M.A.Kanyete çıxışında daha təmiz və davamlı enerjiyə keçidin zəruri olduğunu, bununla belə Aİ qonşuluğunda baş verən geosiyasi qeyri-müəyyənliklərin bu prosesi sürətləndirməli olduğunu bildirib. Bununla belə qeyd edilib ki, Aİ daxilində üzvi mənşəli yanacaq istehsalı və istehlakının azalması heç də həmin yanacağın idxalının azaldılması sürəti ilə eyni olmayacaqdır. Belə ki, 2016-cı ildə Aİ enerji istehlakının 72%-ni neft, qaz və kömür hesabına təmin edib. Həmin ildə istehlak olunan neftin 88%, təbii qazın isə 40% idxal hesabına ödənilib. İdxal olunan təbii qazın 42% Rusiya, 34% Norveç, 13% mayeləşdirilmiş təbii qaz (LNG) formasında, 11% Əlcəzair və Liviyadan təmin edilib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün prioritet layihələrdəndir və 10 milyard kub metr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Xəzər regionundan Avropaya çatdırılmasını nəzərdə tutur.

Layihənin dəyəri 40 milyard dollardan çox təşkil edir.