| Xəbər 1450 dəfə oxunub
Futbolçumuz oynadı, komandası 5 qolla qalib gəldi

Çexiya çempionatının Gənclər Liqasının “məğlublar mərhələsi"ndə II turun oyunları keçirilib. 
Qol.az-ın xəbərinə görə, azərbaycanlı futbolçu Rövlan Muradovun çıxış etdiyi “Slaviya”nın U-21 komandası öz meydanında “Siqma” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 5:1.

Start heyətdə meydana çıxan Rövlan sonadək oynayıb.
Qeyd edək ki, 2 oyuna 6 xal toplayan "Slaviya" turnir cədvəlinə başçılıq edir.