| Xəbər 1830 dəfə oxunub
Ölkəmizdə ilk müziklin premyerası anşlaqla keçib

Heydər Əliyev Sarayında “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olub.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdim olunan müzikl uşaqdan böyüyə qədər hər kəsin yaxşı tanıdığı “Ələddinin sehrli çırağı” nağılına tam fərqli, dəyişik bir yanaşmadır. Müziklin quruluşçu rejissoru Əməkdar Artist İnarə Babayeva, rəssamı Fərid Nəcəfli, musiqi redaktoru Emin Həsənov, redaktoru Leyla Qədirzadə, xormeysteri Şəhla Ələkbərova, baletmeysterləri Vahid Səlimov və Rasita Əliyevadır.

Səhnə əsərində Ələddin rolunda Zamiq Hüseynov, Yasəmən rolunda Emiliya Yaqubova və Sevda Yəhyayeva çıxış ediblər. Digər rolları Ələkbər Əliyev, Hüseyn Abdullayev, Nicat Cəfərzadə, Hüseyn Əlili və Tofiq Hacıyev canlandırıblar. Səhnə əsərini “İnayət” Əlillərə Yardım Assosiasiyası, “Ümid işığı” beynəlxalq əlillər cəmiyyəti, Yasamal rayonu Əlillər Cəmiyyəti, 11 nömrəli xüsusi təhsil mərkəzi və digər mərkəzlərdən 1200 nəfər kimsəsiz və əlil uşaqlar izləyib