| Xəbər 2916 dəfə oxunub
Riçard Gir 3-cü dəfə evlənir

Aktyor Riçard Gir iki ildir birlikdə olduğu gənc sevgilisi Aleksandra Silvaya ilə ailə qurur.

Cütlük gələn ay nikah masasına oturacaq.

Qeyd edək ki, 32 yaşlı Silviya ispan iş adamı İqnasio Silvanın qızıdır. Onun ilk evliliyindən Albert adlı bir oğlu var. Bu, onun ikinci evliliyi olacaq.

68 yaşlı Riçard Girin isə, bu, 3-cü evliliyi olacaq. Belə ki, o, ilk dəfə 1991-1995-ci illərdə model Sindi Krouford, 2002-2016-cı illərdə aktrisa Keri Loullə evli olub. Onun Keridən bir oğlu var.