|
Avropa Komissiyasının rəsmisi:

"Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqı (Aİ) ölkələrində enerjinin şaxələndirilməsinin gücləndirilməsində vacib rol oynayır".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Avropa Komissiyasının İqlim Dəyişikliyi və Energetika komissiyasının komissarı Miqel Arias Kanete Avropa İttifaqının Enerji Sammitindəki çıxışında söyləyib.

Daha dayanıqlı və təmiz enerjidən istifadənin vacibliyini vurğulayan komissar deyib ki, Aİ ilə qonşular arasında geosiyasi qeyri-müəyyənlik bu prosesi sürətləndirməlidir. O, qeyd edib ki, yanacaq istehsalı və tələbatın azalması əvvəlki ildə olduğu kimi qalmayacaq. 2016-cı ildə enerji tələbatının 72 faizi neft, qaz və daş kömür hesabına ödənilib. Həmin ildə tələb olunan neftin 88 faizi, təbii qazın isə 40 faizi idxal olunub. İdxal olunan qazın 40 faizi Rusiyadan, 34 faizi Norveçdən, 11 faizi Əlcəzair və Liviyadan alınıb, 13 faizi isə sıxılmış qazın hesabına ödənilib.

Onun sözlərinə görə, Şimal-Cənub qaz dəhlizi və Şərq qaz dəhlizi artıq işləyir: "Xəzər regionundan təbii qazın daşınması Avropa üçün əsas prioritetdir. Xəzər regionundan ilk qazın "Cənub Qaz Dəhlizi" vasitəsi ilə bu ilin yayında Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması bu işdə əməyi olan hər insanın nailiyyətinin göstəricisi olacaq".