| Xəbər 4795 dəfə oxunub
İsrail Müdafiə Ordusu:

İsrail Müdafiə Ordusunun Suriyada aviabazaya hücuma dair məlumatı yoxdur.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər. “Suriyadakı hücuma dair heç bir məlumatımız yoxdur”, deyə mətbuat xidmətinin əməkdaşı vurğulayıb.

Bundan əvvəl Suriyanın SANA agentliyi məlumat verib ki, aprelin 17-ə keçən gecə Hüms əyalətində yerləşən “Şayrat” aviabazası raket hücumuna məruz qalıb. “Al Masdar” portalının məlumatına əsasən, aviabazaya zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.