| Xəbər 1523 dəfə oxunub
İraqda 13 nəfər edam edilib

İraqda 13 nəfər edam edilib.

"Report" "AFP"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan 11-i terrorçuluqda ittiham edilir. Edam edilənlər arasında avtomobil partlatmaqda, təhlükəsizlik xidmətinin əməkdaşlarını öldürməkdə, oğurlamaqda ittiham edilənlər var.

Bildirilir ki, bu, İraqda ilin əvvəlindən bu günə kimi ilk edamlardır. "Amnesty International" hüquq təşkilatının məlumatına görə, ötən il bu ölkədə 111 nəfər edam olunub.